ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Nikki Heyliyə maliyyə dəstəyi verən hər kəsi özünün MAGA hərəkatından xaric etməklə hədələyib.
O, bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
“Bu andan etibarən Birdbrains-ə ianə verən hər kəs MAGA düşərgəsindən həmişəlik uzaqlaşdırılacaq. Biz onları istəmirik və qəbul etməyəcəyik”, – Tramp Nikki Heyli və onun tərəfdarlarına istinadən yazıb.
O qeyd edib ki, öz təcrübəsinə əsasən, prezidentlik yarışından kənarda qalan namizədlərin bir çox sponsorları tezliklə qalib düşərgəsinə keçərək öz köməkliklərini təklif edirlər.
Bundan əvvəl Texas ştatından olan respublikaçı senator Ted Kruz bildirib ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə əslində Donald Trampın qalib gələcəyi və rəqibi Nikki Heylinin yarışı tərk etmək məcburiyyətində qalacağı Cənubi Karolinadakı praymerizlərdən sonra bitəcək.
Mənbə: CNN Türk