ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə ticarət razılaşması imzalayacağı təqdirdə sərt addımlar atılacağını bəyan edib.
Doğru.az xəbər verir ki, Donald Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, Kanada Çinlə razılaşma əldə edərsə, ABŞ-a daxil olan bütün Kanada mənşəli mal və məhsullara dərhal 100 faiz tarif tətbiq olunacaq.
“Əgər Kanada Çinlə razılaşma əldə edərsə, ABŞ-a daxil olan bütün Kanada mal və məhsullarına dərhal 100% tarif tətbiq olunacaq”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Skott Bessent daha əvvəl Kanadanın Alberta əyalətini ABŞ üçün “əla resurslara malik” təbii tərəfdaş adlandırmışdı.
Xatırladaq ki, Donald Tramp son açıqlamalarında Kanadanın ABŞ sayəsində mövcud olduğunu da iddia edib. O, eyni zamanda Kanadanın hazırda Qrenlandiyada “Qızıl Günbəz” raketdən müdafiə sisteminin inşasına qarşı çıxdığını vurğulayıb.
DOĞRU.AZ




























