ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüşmək istəyini ifadə etdiyini və tərəflərin belə görüşə hazırlaşdığını bildirib.
Bu barədə Reuters yazır.
“O, görüşmək istəyir və biz bunu təşkil edəcəyik” dedi Tramp Palm-Biçdəki Mar-a-Laqoda respublikaçı qubernatorlarla görüşdən əvvəl.
Lakin görüşün vaxtı açıqlanmayıb.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Tramp komandasından Putinlə təmas üçün heç bir sorğu olmayıb.
DOĞRU.AZ