ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində özünü imperator kimi təsvir edən və ayaqları altında avropalı məmurlar və ya demokratlara bənzəyən bir şəkli yenidən paylaşıb.
Doğru.az xəbər verir ki, paylaşımda “Heç kim onun ədalətindən qaça bilməz” ifadəsi yer alıb.
Qeyd edək ki, Tramp bundan əvvəl Demokrat konqresmenləri satqın adlandırmış və onları Amerika qoşunlarını onun əmrlərinə tabe olmamağa çağırdıqları üçün üsyana təhrik etməkdə ittiham etmişdi.
DOĞRU.AZ





























