İrlandiyalı turist Denge qızdırmasına yoluxaraq və ağcaqanad dişlədikdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İrlandiyalı turist Ceyms Burk noyabrın əvvəlində Banqkokdakı xəstəxanaya yerləşdirilib. Kişi ağcaqanad dişləməsi nəticəsində Denge qızdırmasına yoluxub.
Üç həftə ərzində həkimlər xəstənin vəziyyətini kritik qiymətləndiriblər; 36 yaşlı kişi iflic olub və bir neçə gün süni nəfəs aparatında qalıb.
İndi irlandiyalının qohumları imtina etdikləri sığorta ödənişlərini almağa və kişini vətəninə aparmağa çalışırlar. Sığortasız o, təcili tibbi yardım təyyarəsi ilə aparılmalı olacaq ki, bu da ailəyə 176 min avroya başa gələcək.
Mənbə: A Haber

























