image-n1karobka_ads
image-123
image-ap_100117011104-pic_32ratio_900x600-900x600-30187backend

Türkiyə İsrail kəşfiyyat təşkilatı Mossad-a qarşı əməliyyatını davam etdirəcək

Türkiyə əks-kəşfiyyatının əməliyyatı nəticəsində respublikada İsrail kəşfiyyat xidməti Mossad-da işləmək şübhəsi ilə 34 nəfər saxlanılıb.

Qeyd olunur ki, casusluq işi ilə bağlı aparılan araşdırmalardan sonra İstanbul prokurorluğu müvafiq göstərişlər verib, yeni həbslər mümkündür.

“Hürriyet” xəbər verir ki, Türkiyədə İsrail kəşfiyyatına qarşı əməliyyat aylardır hazırlanıb və başqa ölkələrdə də daxil olmaqla, bu işdə iştirak edənlərin izlənilməsi həyata keçirilib.

Yanvarın 2-də Türkiyə mediası və daha sonra rəsmilər Türkiyənin səkkiz vilayətində, əsasən İstanbulda İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən 34 nəfərin saxlanıldığını bildiriblər. Daha 12 nəfər axtarılır.

Dekabrın əvvəlində İsrailin Şin Bet Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar bildirib ki, İsrail Qətər və Türkiyədə Həmas liderlərini məhv etməyə hazırdır.

Mənbə: Hurriyet

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki