image-n1karobka_ads
image-123
image-17164953792895852597_1200x630backend

Türkiyə Kubokunun sahibi məlum olub – FOTO

image-ad_qayo_720x110px

Futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olub.

Həlledici oyunda “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib. “Atatürk” Olimpiya Stadionunda baş tutan görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 13-cü dəqiqədə qonaqların heyətində Paul Onuaçu açıb. “Qara qartallar” Raşid Qezzalla 45+3-cü dəqiqədə penaltidən bərabərlik qoluna imza atıb. 54-cü dəqiqədə Salih Uçan İstanbul klubunu önə keçirib. Nikolas Pepe 89-cu dəqiqədə hesabı bərabərləşdirsə də, “qara qartallar”a kuboku qazandıran qələbə topunu 90+4-cü dəqiqədə Əl-Musrati vurub.

Bununla da “Beşiktaş” 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.

DOĞRU.AZ

image-17164953794937963644_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki