image-n1karobka_ads
image-123
image-17244898859621547_1200x630backend

Türkiyə mediası: Azərbaycan və Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Türkiyə mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin kütləvi informasiya vasitələri Azərbaycan və Özbəkistan liderlərinin çıxışlarının mətnlərinə istinad edərək, Prezident İlham Əliyevin Daşkəndə səfəri zamanı imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıblar.

Türkiyə mediasının materiallarında Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi faktı qeyd edilib. Diqqətə çatdırılıb ki, bu münasibətlər iki türk dövləti arasında əlaqələrin gələcək inkişafı istiqamətini müəyyən edəcək.

Məqalələrin müəllifləri İlham Əliyevin Mərkəzi Asiya ölkəsinə səfərinin Bakı və Daşkəndin dövlətlərarası münasibətlərində yeni səhifə açdığını vurğulayıblar.

Materiallarda prezidentlərin yeni birgə layihələrin həyata keçirilməsinə, eləcə də mədəniyyət və nəqliyyat sahələrində əlaqələrin dərinləşdirilməsinə hazır olduqları barədə fikirləri sitat gətirilir.

Türkiyə Böyük Millət Məclisində “İYİ” Partiyasından olan deputat Kürşad Zorlu da Prezident İlham Əliyevin Özbəkistana səfərinin nəticələrini yüksək qiymətləndirib.

Millət vəkili Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik haqqında Müqaviləni bütün Türk dünyası üçün mühüm mərhələ adlandırıb.

Onun sözlərinə görə, Bakı ilə Daşkənd arasında dialoq regionda diplomatiya sahəsinin çərçivəsini genişləndirir. “Ümid edirəm ki, ən yüksək səviyyədə Azərbaycan-Özbəkistan danışıqlarının nəticələri Türk Dövlətləri Təşkilatının bütün ölkələri üçün faydalı olacaq”, -deyə Zorlu bildirib.

DOĞRU.AZ

image-17244898855578529854_1200x630 image-17244898854918063990_1200x630 image-17244898856415142877_1200x630 image-17244898854470460299_1200x630 image-1724489885645934381_1200x630 image-17244898856478723619_1200x630 image-17244898855351662604_1200x630 image-17244898856531447459_1200x630 image-17244898852958459287_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki