image-nerjbanner
image-ads_atlas
image-2020-01-27t000000z_2136751089_rc2hoe9gykhm_rtrmadp_3_turkey-dailylife-pic_32ratio_900x600-900x600-58157backend

Türkiyə Qərb kəşfiyyatına ultimatum verib

image-nerjbanner

Qərb kəşfiyyat təşkilatları bundan sonra Ankaraya müvafiq məlumat vermədən Türkiyədə əməliyyat apara bilməyəcək.

Bu barədə “Hürriyet” qəzeti adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.

Nəşrin köşə yazarı Fatih Çekirge qeyd edib ki, əvvəllər bu cür təşkilatlar Türkiyədə bizneslə məşğul ola bilirdilər, onların təyyarələri respublikaya uça bilər, orada uzun müddət qalıb uça bilərdi, lakin təyyarədə nə olduğu barədə məlumat verilmirdi.

Məqalə müəllifinin sözlərinə görə, Türkiyə hakimiyyəti ölkənin milli mövqeyinə uyğun olaraq bəyan edib ki, bu cür əməliyyatlar, xarici təyyarələrin gəlişi və uçuşu artıq Ankaraya müvafiq məlumat verilmədən həyata keçirilə bilməz.

Qəzetin mənbəsi Qərbin xüsusi xidmət orqanlarının Türkiyənin bu qərarına sərt reaksiya verdiyini və bunun İrana dəstək demək olduğu haqda söz-söhbətlər yaydığını, lakin respublikanın öz prinsipial mövqeyində qaldığını bildirib.

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki