image-n1karobka_ads
image-123
image-675566c2ae5ac9028569d78bbackend

Türkiyə və ABŞ Müdafiə nazirliklərinin rəhbərləri telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər

Türkiyə və ABŞ müdafiə nazirləri Yaşar Gülər ​​və Lloyd Ostin arasında telefon danışığı olub, Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin saytında bildirilir.

“Söhbət zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Suriyada baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb”, – deyə nazirlik qeyd edib.

Bundan əvvəl Ağ Ev ABŞ prezidenti Co Baydenin Suriyadakı hadisələri diqqətlə izlədiyini bildirmişdi.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da Suriyaya qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib və respublikada tezliklə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki