image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Üç gün əvvəl vəzifəyə təyin olunan direktora görə müəllim və valideynlər ayağa qalxdılar  

image-728x90px

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir.

Müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər.

Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

Qeyd edək ki, bu təyinata qədər Məhnurə İsmayılova Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki