2024-cü ildə Kiyev bir milyondan çox FPV kəşfiyyat və hücum pilotsuz təyyarəsi və 11 mindən çox orta və uzun mənzilli hücum pilotsuz təyyarəsi istehsal etməyi planlaşdırır.
Bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin Telegram kanalında bildirib.
“Bütün istehsalat obyektləri hazırdır, 2024-cü il üçün müqavilənin bağlanması başlayır”, – nazir yazısında yazıb.
Onun sözlərinə görə, Ukrayna FPV pilotsuz təyyarələrindən əlavə gələn il uçuş məsafəsi bir neçə yüz kilometr olan 10 mindən çox, 1000 km-dən çox uçuş məsafəsinə malik mindən çox hücum aparatları istehsal etmək gücündədir.
Kamışin qeyd edib ki, Ukrayna hərbi-sənaye kompleksi artıq ayda 50 minə qədər pilotsuz təyyarə istehsal etmək gücündədir.
Mənbə: A Haber