image-n1karobka_ads
image-123
image-depositphotos_13128803_l-pic_32ratio_1200x800-1200x800-39343backend

Ukraynada əlverişsiz hava şəraiti səbəbindən yüzlərlə yaşayış məntəqəsi işıqsız qalıb

image-ad_qayo_720x110px

Yanvarın 10-u səhər saatlarına olan məlumata görə, Ukraynanın 523 yaşayış məntəqəsi pis hava şəraiti səbəbindən işıqsız qalıb. Bu barədə ölkənin Energetika Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

“Pis hava şəraiti – güclü külək, xətlərin buzlanması, dayaqların uçması və buzla əlaqədar 523 yaşayış məntəqəsi işıqsız qalıb. Energetiklər əlverişsiz hava şəraiti ilə əlaqədar enerjisiz qalan istehlakçıların enerji təchizatının bərpası istiqamətində işləri davam etdirirlər”, – nəşr yazır.

Ukrayna Energetika Nazirliyinin məlumatına görə, 24 saat ərzində Dnepropetrovsk, Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 500 yaşayış məntəqəsində əlaqə bərpa edilib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki