image-n1karobka_ads
image-123
image-upload-2023-08-23t081818z_480520606_rc2kt2aacx3q_rtrmadp_3_ukraine-crisis-flag-day-pic_32ratio_900x600-900x600-65423backend

Ukraynada hərbi planlaşdırma ilə bağlı problemlərin səbəbi məlum olub

Ukraynanın Avropa və Avro-Atlantika inteqrasiyası üzrə vitse-prezidenti Olqa Stefanişina bildirib ki, tərəfdaşlardan maliyyə yardımının olmaması Kiyevin büdcə likvidliyinə və hərbi planlaşdırmasına zərbə vurub.

Onun sözlərinə görə, maliyyə çatışmazlığı Ukraynanın büdcə likvidliyinə və hərbi planlar hazırlamaq qabiliyyətinə zərbə vurub.

Stefanişina vurğulayıb ki, Kiyev hazırda maliyyələşdirmə ilə bağlı fövqəladə hallar üçün yeni ssenarilər hazırlayır.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Nümayəndələr Palatasının Ukrayna, İsrail və Tayvana maliyyə ayrılmasına dair qanun layihəsi ilə bağlı qərar qəbul etmədən fevralın 28-dək tətilə gedəcək.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki