Ukrayna prezidenti Vladimir Zelenski may ayında səlahiyyətlərinin bir hissəsini itirəcək.
Bunu “Direct” telekanalına müsahibəsində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər üzrə keçmiş nazirinin müavini Georgiy Tuka deyib.
Onun sözlərinə görə, bu, may ayında Zelenskinin legitim prezidentlik müddəti rəsmən başa çatdıqdan sonra baş verəcək.
“Ukrayna qanunvericiliyinə görə müəyyən hərəkətləri yalnız Ukrayna prezidenti edə bilər. Prezident səlahiyyətlərini icra edən deyil”, – deyə sabiq nazir müavini bildirib.
Keçmiş məmur Zelenskinin itirəcəyi səlahiyyətlərə misal olaraq hökumətdə və hüquq-mühafizə orqanlarında kadr təyinatlarını göstərib. Məsələn, prezident səlahiyyətlərini icra edənin nazirləri və generalları təyin etmək və ya vəzifədən azad etmək hüququ yoxdur.
Ukraynada prezident seçkiləri 2024-cü ilin yazında keçirilməli idi. Ölkə hakimiyyəti hərbi vəziyyət və ümumi səfərbərliyi uzatmaqla onları ləğv etdi.
Mənbə: Sputnik