Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Malinovski 2024-cü il Avropa çempionatının qrup mərhələsinin ilk oyununda Rumıniya millisinə uduzduqdan sonra komandanın paltardəyişmə otağında baş verənləri açıqlayıb.
“Söhbətin gündəmə gəlməsi faktı 100 faizdir. Qarşılaşmadan sonra paltardəyişmə otağında danışdıqlarımız paltardəyişmə otağında qalacaq. Sizə deyirəm, ən əsası düzgün nəticələr çıxarmaq lazımdır”, – Malinovski bildirib.
Münhendəki “Allianz Arena” stadionunda keçirilən görüş 3:0 hesabı ilə rumıniyalı futbolçuların xeyrinə başa çatıb.
Mənbə: Sports.ru