image-n1karobka_ads
image-123
image-ap23170344376081-pic_32ratio_900x600-900x600-81930backend

Ukraynalı pilotlar 2024-cü ilin may-avqust ayları arasında F-16-nı idarə etmək üçün təlim keçəcəklər

Bu il Amerika hərbçiləri ABŞ-da 12 ukraynalı pilota F-16 Fighting Falcon qırıcılarını idarə etmək üçün təlim keçəcək.

Bu barədə CNN məlumat yayıb.

Arizona Milli Qvardiyasının sözçüsü kapitan Erin Hanniqanın sözlərinə görə, ukraynalı pilotlar may-avqust ayları arasında təlimləri başa vuracaqlar.

Ukraynalı pilotlar hər biri dörd nəfərdən ibarət üç təlim qrupuna bölünür. Birinci qrup ötən ilin oktyabrında, ikinci qrup isə yanvar ayında pilot təliminə başlayıb. Üçüncü qrup hazırda ingilis dilini öyrənir.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) spikeri Yuri İqnat bildirib ki, Ukrayna ordusu müxtəlif tipli bir çox Qərb təyyarələrinə texniki qulluq və texniki xidmət göstərə bilməyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki