image-ads_n1karobka_mobile
image-24-pic_32ratio_1200x800-1200x800-50209backend

Ukraynanın Dneprində partlayışdan sonra müəssisələrdən birində yanğın baş verib

Yanğın Ukraynanın şərqindəki Dnepr şəhərində (keçmiş Dnepropetrovsk) yerləşən müəssisələrdən birində baş verən partlayışdan sonra baş verib.

Bunu Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak deyib.

“Dneprdə müəssisələrdən biri vuruldu” deyə o, Telegram kanalında yazıb.

Dnepropetrovsk vilayət hərbi idarəsinin rəhbəri qeyd edib ki, partlayış yanğına səbəb olub və yanğın bir saat ərzində söndürülüb.

Bundan əvvəl Ukrayna mediası bölgədə hava reydi zamanı Dneprdə partlayışların baş verdiyini yazıb.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki