image-2000x150px
image-123
image-ads_atlas
image-showpic_el100-1backend

“Ürək açan heç nə yoxdur, nə var ki, nədən danışasan…

image-728x90px

“Yadda qalan heç nə yoxdur, başımızı aşağı salıb bir tikə çörəyimizi qazanıb yeyirik. Gözləyirəm ki, bundan sonra nə olacaq. Olanda Rusiyaya toya gedirəm, olmayanda yox. Hərdən bizdə də toylara dəvət alıram, amma o qədər də çox olmur. Ürək açan heç nə yoxdur, nə var ki, nədən danışasan”.

Doğru.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. Xanəndə hər günü üçün Allaha şükür etdiyini bildirib:

“Başımızı aşağı salıb, bir tikə çörəyimizi qazanıb, Allaha şükür edib, yaşamağımız lazımdır. Deyir ki, “min yeyənin olsun, bir deyənin olmasın”, o qədər dedilər ki, müğənnilər toydan qazanır, indi o da yoxdur. Balacadan-böyüyə hamı rahatlaşsın, daha toylar yoxdur. Ara sakitləşdi, hər şey gözəlləşdi.

Allahın izniylə yaradıcılığımla məşğul olmalıyam. Pandemiya bizi çox sıxdı, çətin günlər keçirdik. Allah güc, qüvvət versin, bu bəlanı dünyanın üstündən götürsün. Ondan sonra yəqin ki, sənət də olar, hər şey yoluna düşər”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki