image-2000x150px
image-123
image-ads_atlas
image-1593510605_eldeniz-selimov-deputatbackend

Xaçmazda deputat polisi döyüb? (İDDİA)

image-728x90px
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun Nabranda polis əməkdaşlarından birini döydüyü iddia edilir.
Rayondakı mənbələr  bildirib ki, hadisə baş verən zaman deputat sərxoş olub.
İddialara görə, Eldəniz Səlimov naməlum səbəblərdən Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib. Deputatın ona xəsarət yetirdiyi bildirilir. Məlumata görə, Zaur Mirəzyev deputatın ona daha ağır xəsarətlər yetirə biləcəyini görüb hadisə yerindən uzaqlaşıb.
Onun hazırda Bakıda olduğu bildirilir. Zaur Mirəzyevin mobil nömrəsini əldə etsək də, zənglərimizə cavab verməyib.
Eldəniz Səlimovla da danışmaq mümkün olmayıb. Onun istifadə etdiyi mobil nömrəyə zəng çatmır.
Yerli mənbələr bildirir ki, bu, Eldəniz Səlimovla bağlı birinci hal deyil. O hələ deputat olmamışdan əvvəl Vergilər Nazirliyinin yerli idarəsində şöbə müdirini döyüb. Ölkədə sərt karantin rejimi hökm sürdüyü vaxtda isə yol polislərinin biri ilə mübahisə edərək ona şillə vurub. İki ay əvvəl isə mühafizə polisinin əməkdaşlarından birinə hədə-qorxu gəlib. ergilər idarəsində şöbə müdirini. Pandemiya vaxtı yol polisi ilə mübahisə edib şillə vurub. Iki ay əvvəl isə mühafizə polisinin əməkdaşlarından birinə hədə qorxu gəlib.
Eldəniz Səlimovla da danışmaq mümkün olmayıb. Onun istifadə etdiyi mobil nömrəyə zəng çatmır.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki