image-ads_n1karobka_mobile
image-342718979_255148966871899_3381451423370972650_nbackend

Xaçmazda “Şaftalı festivalı” keçiriləcək

image-add-a-heading

Avqustun 7-də Xaçmaz rayonunda “Şaftalı festivalı” təşkil olunacaq.

Doğru.az xəbər verir ki, tədbir Xudat şəhərində yerləşən “Food City Agrocomplex”in ərazisində baş tutacaq. Festival Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilir və əsas məqsədi ölkədə şaftalı istehsalının təşviqi, ixrac imkanlarının artırılması, milli dəyərlərin və turizm potensialının tanıdılmasıdır.

Festivalda şaftalı sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər, eləcə də milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar, rəqslər və azsaylı xalqların mətbəxi təqdim olunacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki