image-ads_n1karobka_mobile
image-ytrfbackend

Xalq artisti Röya Moskvadakı silahlı hücum barədə DANIŞDI: “Hər yer qaranlıq idi” – YENİLƏNİB + VİDEO

Xalq artisti Röya Moskvada baş verən dəhşətli hücum anından danışıb.

O bildirib ki, səhnəyə çıxmağa hazırlaşdığı an ona basqın barədə məlumat veriblər:

“İçəri girib dedilər ki, çölə çıxmayın və basqın səbəbindən ölənlər var. Elə bildim mənimlə zarafat edirlər. Hər yer qaranlıq idi, taksi tapmaq olmurdu. İnşallah sağ-salamat ölkəmizə qayıdarıq. Mən silah səsləri eşitmədim. 15-20 dəqiqə ərzində bizi təxliyə etdilər. Yollar bağlı olduğundan biraz gözlədik. Müğənni Ceyhun Zeynalov “Cin” yanımda idi, səhnəyə bir çıxmalı idik”.

Ətraflı Baku TV-nin süjetində:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki