image-n1karobka_ads
image-123
image-tooha9gtzs7s68mnfgpkh0g9yvs5djpnv95g6wlb_1200backend

Xocalının Ballıca və Xanyurdu kəndlərində əkin üçün müraciətlərin qəbuluna START VERİLDİ

image-ad_qayo_720x110px

Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna bu gündən etibarən başlanılıb.

Doğru.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az platforması vasitəsilə elektron şəkildə qəbul olunur və proses 30 iyun tarixinədək davam edəcək.

Torpaqların icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarı ilə təsdiqlənmiş

“İşğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Əkin üçün ayrılan torpaqlar:

Minimum 5 hektar, suvarılan və əkinə hazır vəziyyətdədir;

Sahələr kəndlərin ətrafında yerləşir;

Əkin üçün nəzərdə tutulan bitkilər: alma, armud, gilas, qoz, şaftalı, pomidor, xiyar, buğda, arpa, qarğıdalı və s.;

Müasir damlama və çiləmə suvarma sistemləri tətbiq olunmalıdır.

Torpaq üçün kimlər müraciət edə bilər?

Ballıca və Xanyurdu kəndlərində məskunlaşan və faktiki yaşayan şəxslər;

İştirakçılar EKTİS-də qeydiyyatdan keçməli və elektron kabinetlərində “Torpaq icarəsinə müraciət” bölməsində ərizə doldurmalıdırlar;

Şəxsiyyət vəsiqəsindəki qeydiyyatdan asılı olmayaraq, “e-polis” tətbiqində faktiki yaşayış ünvanı Ballıca və ya (kəndə köçdükdən sonra) Xanyurdu kimi göstərilməlidir.

Əlavə mərhələlər və müqavilələr:

1 iyul – 31 avqust tarixlərində müqavilələrin imzalanması, təlimlər və sahələrin yerində tanıdılması planlaşdırılır;

İcarə müddəti:

Birillik əkinlər və yonca üçün – 2 il

Çoxillik bitkilər üçün – 5 il

Müddət istifadə göstəricilərinə əsasən uzadıla bilər.

Xatırladaq ki, azad edilmiş ərazilərdə torpaqların istifadəyə verilməsi prosesi ilk dəfə Zəngilanın Ağalı kəndindən başlayıb.

Müraciət üçün platforma: www.eagro.az

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki