image-2000x150px
image-123
image-ads_atlas
image-captureljhlbackend

Xocavənddə minalanmış ərazidə yanğın oldu – VİDEO

image-728x90px

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında nazirliyin müvafiq qüvvələri dərhal yanğın baş verən əraziyə cəlb olunub.

FHN-dən verilən məlumata görə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyi ilə yanğının bilavasitə Edilli kəndinə keçməsinin qarşısı alınıb, habelə kommunikasiya xətləri yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunmaqla baş verən yanğın söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki