image-n1karobka_ads
image-123
image-2023-09-28t104745z_1528946897_rc2mh3anjdks_rtrmadp_3_ukraine-crisis-stoltenberg-pic_32ratio_1200x800-1200x800-3154backend

Yanvarın 10-da NATO-Ukrayna Şurasının iclası keçiriləcək

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin tələbi ilə yanvarın 10-da daimi nümayəndələr səviyyəsində NATO-Ukrayna Şurasını çağıracaq.

Bu barədə alyansın rəsmi nümayəndəsi Dilan Uayt X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, şura Rusiyanın son raket hücumları və pilotsuz təyyarələrin zərbələrindən sonra Ukraynanın tələbi ilə baş tutacaq.

Yanvarın 2-də bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. Rusiya silahlı qüvvələri Kiyevdə və Kiyev vilayətində raketlərin, pilotsuz uçuş aparatlarının istehsalı və silah təmiri üzrə sifarişləri yerinə yetirən Ukraynanın hərbi-sənaye kompleksinin müəssisələrinə hücum edib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki