image-n1karobka_ads
image-123
image-2024-01-01t085808z_1137055385_rc2w85a16wty_rtrmadp_3_japan-quake-pic_32ratio_1200x800-1200x800-79035backend

Yapon seysmoloqları səhvən yeni güclü zəlzələ elan ediblər

Yaponiya Milli Meteorologiya İdarəsi (JMA) səhvən maqnitudası 7,0-dan çox olan yeni güclü zəlzələ elan edib.

Bu barədə TASS məlumat yayıb.

Dəqiqləşdirilir ki, güclü zəlzələ xəbərdarlığından bir neçə dəqiqə sonra seysmoloqlar yeni zəlzələnin maqnitudasının cəmi 4,6 bal olduğu barədə aydınlaşdırıcı mesaj yayıblar.

Yanvarın 1-də Yaponiyada müxtəlif gücdə 40-dan çox zəlzələ baş verib. İşikava və Niiqata prefekturaları ərazisində maqnitudası 7,4-ə çatan yeraltı təkanlar qeydə alınıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki