Yaponiyanın baş naziri Fumio Kişida 2024-cü ildə dünyada gərginliyin ancaq artacağını bildirib.
O, bu barədə yeni il münasibətilə keçirilən mətbuat konfransında bildirib.
O, Ukraynadakı münaqişəni və İsraillə HƏMAS arasında Yaxın Şərqdəki müharibəni xatırladıb. Bundan əlavə, Kişida bildirib ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Onun sözlərinə görə, yeni ildə gərginlik ancaq artacaq.
Onun fikrincə, geosiyasi qeyri-sabitlik şəraitində Yaponiya liderlik nümayiş etdirməlidir. Kişida ölkə vətəndaşları arasında hakimiyyətə inamın bərpasını əsas vəzifələrdən biri adlandırıb.
Bundan əvvəl “Kyodo” qəzeti Yaponiya hökumətinin reytinqinin 22,3%-lə rekord həddə düşdüyünü bildirmişdi.
Mənbə: Haber Global