Yaponiyada baş verən güclü zəlzələlər nəticəsində azı 30 nəfər həlak olub.
Bu barədə NHK telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, ən çox qurbanlar İşikava prefekturasının Vacima şəhərində olub – 15 nəfər. Qurbanların sayı onlarladır.
Yanvarın 1-də Yaponiyanın qərbində silsilə güclü zəlzələlər baş verib. Ümumilikdə iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub.
Mənbə: Gazeta.ru