Yaponiyanın qərbindəki İşikava prefekturasında bir neçə güclü zəlzələdən zərər çəkmiş ərazilərin sakinləri qırıntılardan istifadə edərək açıq ərazilərdə SOS mesajları yerləşdirməklə kömək istəyirlər.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Helikopter görüntüləri insanların Kanazava Universitetinin Suzu şəhərciyinin dayanacağında borulardan, stullardan və digər əşyalardan nəhəng SOS işarəsi hazırladığını göstərib.
Yanvarın 1-də Yaponiyanın qərbində silsilə güclü zəlzələlər baş verib. Ümumilikdə iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub.
Mənbə: Haberler.com