Yəmən Ənsar Allah (Husi) hərəkatının nəzarətində olan şəhərlərə 23 zərbə endirib.
Bu barədə RİA Novosti yerli hakimiyyət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
“Qırıcılar Səna Beynəlxalq Hava Limanına və ona bitişik Əd-Dleimi aviabazasına dörd reyd keçirib. Husi qrupunun Hudeydə limanına bitişik Əl-Katib bölgəsindəki hava limanı və kazarmalarına, eləcə də qrupun Hudeydə şəhərinin şərqindəki düşərgəsinə səkkiz hava zərbəsi endirilib”, – deyə mənbələr bildirib.
Taiz şəhərinin Əl-Cənd ərazisindəki 22-ci mexanikləşdirilmiş briqadanın düşərgəsi də hücuma məruz qalıb – bu bölmə husilərin tərəfindədir. Eyni şəhərdə hava limanı hücuma məruz qalıb.
Mənbə: RİA Novosti