Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters bildirib ki, ölkə Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə humanitar yardım üçün əlavə 5 milyon Yeni Zelanda dolları (3 milyon dollar) göndərəcək.
Onun fikirləri hökumətin rəsmi saytında dərc olunub.
Peters qeyd edib ki, yeni maliyyə paketi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) arasında bərabər bölünəcək. Onun sözlərinə görə, pul əhalinin ən həssas kateqoriyasına: qadınlara, uşaqlara və körpələrə dəstək olacaq.
Daha 2,5 milyon Yeni Zelandiya dolları Qəzza zolağında 2,2 milyon ac insana kömək etməli olan Ümumdünya Ərzaq Proqramının nümayəndələrinə göndəriləcək.
Mənbə: CNN