image-2000x150px
image-123
image-ads_atlas
image-61d39cabe6bca61d39cabe6bcb164125815561d39cabe6bc861d39cabe6bc9backend

Yerə güclü Günəş fırtınası yaxınlaşır… – ŞOK PROQNOZ

image-728x90px

“Yüksək Günəş küləyinin ikiqat sürəti və bir neçə tac kütləsinin atılması ilə biz yaxın günlərdə böyük fırtına, eləcə də bir neçə mülayim və zəif fırtına müşahidə edə bilərik”.

Publika.az xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb.

Dünyanın bir neçə kosmik hava agentliyinin məlumatına görə, Günəş fırtınaları tezliklə Yer kürəsini bürüyəcək.

Britaniya Meteorologiya Bürosu, ABŞ Kosmik Hava Proqnozları Mərkəzi və Avstraliya Meteorologiya Bürosu yaxın bir neçə gün ərzində Günəş və ya geomaqnit qasırğaları ilə bağlı tövsiyələr verib. Bildirilir ki, bu, Günəş üçün, xüsusən də 11 illik fəaliyyət dövrünün indiki mərhələsində normaldır. Fırtınalar kiçik texniki nasazlıqlara səbəb ola bilər ki, yəqin bunun fərqinə varılmayacaq – bir mülayim fırtına artıq keçib.

Alimlər deyirlər ki, Günəş fırtınaları dinamik Günəşin təbii və daimi hissəsidir. Təxminən hər 11 ildən bir, yeni dövr başlayanda aşağıdan yuxarıya və yenidən aşağıya doğru müxtəlif səviyyəli fəaliyyətlər dövründən keçir.

Özünüzü maqnit qasırğasının təsirindən necə qorumalısınız

Maqnit qasırğaları daha çox meteohəssas, yaşlı və xroniki xəstələrə, həmçinin hamilə qadınlara təsir edir. Maqnit qasırğası günlərində aşağıdakı simptomlar mümkündür: baş ağrısı, başgicəllənmə, ürəkbulanma, oynaqlarda və əzələlərdə ağrı, süstlük, yüksək qan təzyiqi, xroniki xəstəliklərin kəskinləşməsi və s.

Fırtınanın mənfi təsirini minimuma endirməkdən ötrü həmin günlər sağlam həyat tərzinə əməl edin.

– Ən azı 7 saat yatın.

– Stressdən və münaqişələrdən qaçmağa çalışın.

– Alkoqol, enerji içkiləri, siqaret və qəhvədən uzaq durun. Bitki çayı için.

– Yağlı, qızardılmış və ədviyyatlı qidaların qəbulunu azaldın.

– Daha çox açıq havada olun və otağı havalandırın.

– Tez-tez gəzin.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki