image-2000x150px
image-123
image-ads_atlas
image-274945_mkyjodlyq1backend

Yusif Mustafayevə 200 minlik hədiyyə

image-728x90px

“2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən “İnfiniti QX 56” markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat”. 

Doğru.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Rəngarəng səhər” verilişində deyib. Sənətçi bahalı hədiyyəni ona qocalar evində çıxış etdiyi üçün verildiyini bildirib:

“Sonra dedilər ki, get Baş Dövlət Yol Polisi İdarəsinə. Orada soruşdular ki, maşın üçün hansı nömrəni istəyirsiniz? Cavab verdim ki, nəslimin bütün üzvlərində olan maşınlarımızın nömrəsi 464-dür. Dedilər ki, yox, ürəyin istəyən digər nömrəni seç.

Gördüm ki, burada başqa iş var. “90-KT-900” nömrəsini seçdim. Heç bilmədim avtomobili və nömrəni mənə kim bağışladı. Yalnız onu bilirəm ki, qocalar evində mahnı oxuduğum üçün bunları mənə verdilər. 2-3 il əvvəl isə həmin maşını satdım və indikini aldım”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki