image-2000x150px
image-123
image-ads_atlas
image-235920_ib6iitopi0backend

Zamiqin “Var ol”u gerçəkləşdi – Fotolar

image-728x90px

Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan musiqili gecə xeyriyyə məqsədi ilə təşkil olunub. Şəhid və qazi ailələrinə həsr edilən konsertdən əvvəl igid qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Z.Hüseynov “Azərbaycan” mahnısı ilə səhnəyə çıxıb və ard-arda hit mahnılarını səsləndirib.

Konsertin aparıcılığını Leyla Quliyevaya həvalə edən sənətçi gecəyə şəhid, qazi ailələrini və az sayda incəsənət yoldaşlarını dəvət edib.

Qeyd edək ki, konsertdən əldə olunan gəlir Vətən müharibəsində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.

Foto: İlqam Cəbiyev

image-showpic_el100 image-showpic_el100-1 image-showpic_el100-2 image-showpic_el100-3 image-showpic_el100-4 image-showpic_el100-5 image-showpic_el100-6 image-showpic_el100-7 image-showpic_el100-8 image-showpic_el100-9 image-showpic_el100-10

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki