image-2000x150px
image-123
image-ads_atlas
image-233509_kajjwq7iop-1backend

Zəngilanda “Vətən yaxşıdır” oxuyan Babək Niftəliyev tənqid olundu

image-728x90px

Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Əməkdar artist Babək Niftəliyevin Zəngilanda “Vətən yaxşıdır” mahnısını oxumasını tənqid edib.

Axşam.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən S.Rüstəmxanlı bildirib ki, AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüflənib:

“Ənənəvi musiqi üçlüyü – tar və kamança ifaçıları, bir də müğənni, əlində qaval… Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar, burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək. Ancaq mahnını dinləyəndə heyrətə gəldim.

Burada, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər musiqimizi işğal etmiş şit “diringi” əsəblərimi cırmaqlamağa başladı. İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə…” deyib oxusun. Görəsən, bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürək dağlayan görüntüyə “xoş mənzərə” demək olmaz?”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki