2025-ci ilin sözü açıqlanıb.
Doğru.az xəbər verir ki, “Gramota.ru” portalının məlumatına görə, bu il üçün seçilən söz “zoomer” olub. Məlumatı TASS yayıb.
Agentliyin bildirdiyinə görə, sorğuda iştirak edən ekspertlərin 42%-i “zoomer” sözünü seçib. İlk beşlikdə yer alan digər sözlər isə belədir: “tükənmişlik” (38%), “qırmızı bayraq” (37%) və “cəld” (36%).
Kampaniyada üç yaş qrupundan – 20-27, 28-45 və 46+ – ekspertlər iştirak edib. Seçicilərin üçdə birindən çoxu filologiya üzrə doktor və ya namizəd dərəcəsinə malikdir.
Qeyd edək ki, bundan əvvəl Rusiyada xalq səsverməsi nəticəsində “narahatlıq” da “2025-ci ilin sözü” elan olunmuşdu.
DOĞRU.AZ




























