image-2000x150px
image-123
image-ads_atlas
image-9f2180d6-a786-4b4e-b516-a6d64dd176bcbackend

Qanunsuz ov edənlər saxlanıldı

image-728x90px

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Bakı şəhər sakinləri N.Qasımov və E.Fətəliyev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda deyilir.

Bildirilib ki, onlardan 1 ədəd “Hatsan” markalı, 1 ədəd “Turac” markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki