image-n1karobka_ads
image-123
image-17595030691422516908_1200x630backend

5 boksçumuz MDB Oyunlarında finala yüksəldi

image-ad_qayo_720x110px

Bu gün MDB Oyunlarında oğlan boksçular arasında yarımfinal döyüşləri keçirilib.

Doğru.az xəbər verir ki, yarışda Azərbaycan millisinin 14 idmançısı finala vəsiqə uğrunda mübarizə aparıb. Onlardan 5-i həlledici mərhələyə yüksəlib, 9-u isə bürünc medalla kifayətlənib.

Belə ki, Qardaş Rəhimov (46 kq), Şahin Aslanov (60 kq), Səfdər Məmmədzadə (+80 kq), Əli Əliyev (48 kq) və Əli Abaslı (52 kq) yarımfinalda qalib gələrək finala vəsiqə qazanıblar.

Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Toğrul Quliyev (60 kq), Şikar Əliyev (75 kq), Əflatun İsmiyev (57 kq), Raul Heydərli (57 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq) və İsmayıl Vəliyev (80 kq) isə yarımfinalda məğlub olaraq bürünc medala sahib olublar.

Qeyd edək ki, oğlan boksçular arasında final qarşılaşmaları oktyabrın 5-də keçiriləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki