image-2000x150px
image-123
image-ads_atlas
image-55e5826b-e7c5-4148-88a9-83a88289238dbackend

“Best Model of Azerbaijan 2022”nin iddialı modeli: “Hər bir halda mən qalibəm” – FOTOLAR

image-728x90px

Ötən həftələrin birində xəbər saytları və sosial media hesablarında “”Best Model of Azerbaijan 2022”nin favorit modeli” başlıqlı xəbəri gündəm oldu.

Doğru.Az olaraq həmin modellə əlaqə yaradaraq onunla söhbətləşdik.

Gənc model Sevinc İbragimova ilə müsahibəni təqdim edirik:

– Sevic xanım, ilk olaraq özünüzdən bəhs edin. Neçə yaşınızdan bu sahədə fəaliyyət göstərirsiniz?

image-d352b2dd-f6c7-47a5-8c25-5fbe9348e4ea

22 yaşım var 10 ilə yaxındır Bakıda yaşayıram. Uşaqlıqdan diqqəti sevirdim və heç vaxt ictimai yerlərdə çıxış etməkdən narahatlıq hiss etmirdim. (Ucaboy olduğuna görə təhqir olunan utancaq qızın klassik hekayəsi olmayacaq bu gün, gülür). 2017-ci ildə ilk dəfə “Azerbaijan Fashion Week”də Fəhriyyə Xələfovanın defilesində iştirak etdim. Bu mənim üçün yeni bir sahə idi və elə bu defile ilə modellik səyahətimə başladım.
Bu sahəni bəyənirəm və yeni başladığım vaxtlarda, onu təhsilimlə birləşdirə bildiyim üçün məmim üçün çox uyğun idi. Amma düzünü desəm, mən həmişə bu işi daha çox hobbi hesab etmişəm.

– “Best Model of Azerbaijan 2022”nin favorit modeli” başlıqlı xəbərdən məlumatlısınız?

Bəli.

– Maraqlıdır, bu xəbərləri oxuyarkən ilk reaksiyanız necə oldu?

– Etiraf edirəm ki, bu, çox xoş idi! Sosial mediada dəstək sözləri, repost və mesajlar barədə bildirişlər almaq daha da xoş idi. Fürsətdən istifadə edərək yarışmada mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm!

– Xəbər yayımlanmazdan öncə məlumatınız var idi?

image-b182806b-dea7-489e-b6db-99c10f62268d

– Xeyr, mən bunu ancaq xəbər çıxdıqdan sonra bildim.

– Bəs Sevinc xanım necə, yazıldığı kimi özünü birinci yerə iddialı görürmü?

– Konkurs model bacarıqları və kriteriyalarına uyan namizədlər üçündür. Və bu sahədə çalışan bir insan kimi deyə bilərəm ki, mən bu qələbəyə layiqəm və qələbədən sonra Azərbaycanı “Best Model of The World ” yarışmasında laiqincə təmsil edə biləcəyimdən əminəm.

– İlk yer sənin olduqdan sonra növbəti addımların nələr olacaq?

– Şəxsi inkişafım ilə məşğul olacam. Üstəlik, indi özüm üçün yeni fəaliyyət sahəsi tapmışam. Bu prosesləri “Instagram” profilimdən izləyə bilərsiniz.

– Bəs seçilməsəniz necə, reaksiyanız maraqlıdır

image-5418f051-41cd-4f9b-b947-dac6a6ad2831

– Bu, yəqin ki, məni üzərdi, amma çox deyil. Hər iki halda maraqlı təcrübədir və mən özüm üçün həmişə qalibəm.

– Bizi dinlədiyiniz üçün sizə minnətdarıq. Sizə uğurlar arzu edirik!

– Mənə də xoş oldu. Çox təşəkkür edirəm.

– Sağ olun!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki