image-n1karobka_ads
image-123
image-6713f2c902e8bd49592e88a2backend

ABŞ-da futbol matçından sonra atışma nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Missisipi ştatında futbol oyunundan sonra atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Associated Press yazır.

Məktəbin futbol komandasının qələbəsini qeyd edən 200-300 nəfərlik kütləyə azı iki naməlum şəxsin atəş açdığı bildirilir.

“Ölənlərdən ikisinin 19, üçüncünün isə 25 yaşı var. Zərərçəkənlər təyyarə ilə yerli xəstəxanalara çatdırılıb”, – materialda deyilir.

Agentlik qeyd edir ki, atışmanın baş verdiyi Holms qraflığında gənclərin iştirak etdiyi atışmaların sayı artıb. Polisin fikrincə, qarşıdurma ərazi və ya narkotik üzərində ola bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki