Virciniyadan keçmiş senator Riçard Blek xəbərdarlıq edib ki, hərbi xərclərin artırılmasını müdafiə edən ABŞ prezidentliyinə namizədlər qarşıdan gələn seçkilərdə səs itirmək riski ilə üzləşirlər.
Senator qeyd edib ki, amerikalılar müharibələrdən yorulub və daha çox hərbi məqsədlər üçün pul xərcləmək istəmirlər. Blek həmçinin hesab edir ki, Ukrayna Rusiya ilə hərbi münaqişədə qalib gələ bilməz və Amerika prezidenti Co Bayden Kiyevi dəstəkləmək üçün Rusiyanın aktivlərini müsadirə etməyi düşünür.
Eyni zamanda ABŞ nümayəndəsi bildirib ki, bir çox amerikalı Donald Trampın növbəti seçkilərdə qalib gələcəyini və Ukraynadakı münaqişənin bitməsini gözləyir. O, Konqresin Ukraynaya marağını itirdiyini və diqqətini Qəzzaya yönəltdiyini də qeyd edib.
Mənbə: TASS