image-n1karobka_ads
image-123
image-6922a6a0ae5ac91962033e39backend

ABŞ dövlət katibi: “Ukrayna sülh planı ABŞ tərəfindən hazırlanıb”

image-ad_qayo_720x110px

ABŞ dövlət katibi Marko Rubio bəzi senatorların Ukraynada sülh planının guya ABŞ tərəfindən hazırlanmadığı barədə iddialarını təkzib edib.

Doğru.az xəbər verir ki, Rubio sosial media hesabında yazıb ki, təqdim olunan sülh təklifi məhz ABŞ tərəfindən hazırlanıb və hazırda davam edən danışıqlar üçün möhkəm əsas rolunu oynayır.

O qeyd edib ki, sülh planı həm Rusiyanın təkliflərinə, həm də Ukraynanın əvvəlki və indiki tələblərinə əsaslanır.

Xatırladaq ki, bundan əvvəl konqresmen Anna Paulina Luna bəzi senatorların Ukraynada nizamlanma prosesini pozmağa çalışdıqlarını bildirmiş və Ukrayna prezidenti Volodimir Zelenskini sülh planını qəbul etməyə çağırmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki