ABŞ-ın Ukrayna ilə bağlı təklif etdiyi sülh planı Rusiyaya qarşı sanksiyaların ləğvini nəzərdə tutur. Bloomberg-in vəziyyətlə tanış mənbəyə istinadən verdiyi məlumata görə, plan çərçivəsində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması daxildir. Agentlik hansı sanksiyalardan danışıldığı barədə məlumat verməyib.
Doğru.az xəbər verir ki, “The Washington Post” yazır ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın təklif etdiyi sülh planı ilə razılaşmaq istəmir. Reuters agentliyi isə bildirir ki, Avropa da planı dəstəkləmir.
DOĞRU.AZ




























