image-n1karobka_ads
image-123
image-6915cfadae5ac9526e10e39bbackend

ABŞ İranla ticarətə görə iki Ukrayna firmasını sanksiyalar siyahısına əlavə edib

image-ad_qayo_720x110px

ABŞ Maliyyə Nazirliyi İrana aerokosmik materialların tədarükündə iştirak edən Ukraynada qeydiyyatdan keçmiş iki şirkətə qarşı sanksiya tətbiq edib.

Doğru.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) hesabatına əsasən, bu şirkətlər İmperativ Ukrayna Qrup MMC və Ecofera MMC-dir.

OFAC-ın məlumatına görə, İranın satınalma agenti Bəhram Tabibi bu şirkətlərdən HESA dövlət korporasiyası üçün münasibət göstəriciləri, maqnitometrlər və digər komponentlər almaq məqsədilə istifadə edib.

Bildirilib ki, HESA ilə Ukrayna qurumları arasındakı ödənişləri və göndərişləri Ecofera vasitəsilə həyata keçirən Batoul Shafiei bu sxemdə mühüm rol oynayıb. Həmçinin, generatorlar, mühərriklər və sensorlar üçün komponentlərin təminatında Səid Pəhləvani Nejad vasitəçi kimi çıxış edib.

Ümumilikdə, ABŞ-ın sanksiya siyahısına İran, Ukrayna və digər ölkələrdən olan 32 fiziki və hüquqi şəxs daxil edilib.

Qeyd edək ki, bu ilin iyul ayında ABŞ Maliyyə Nazirliyi Donald Tramp administrasiyasının İrana qarşı indiyədək ən geniş sanksiyalar paketini təqdim etdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki