image-n1karobka_ads
image-123
image-68f7093202e8bd612147b7d3backend

ABŞ maliyyə naziri müttəfiqləri Rusiyaya təzyiqi artırmağa çağırdı

image-ad_qayo_720x110px

ABŞ-ın maliyyə naziri Skott Bessent Böyük Britaniya və Kanadanı Rusiyaya qarşı iqtisadi təzyiqləri gücləndirməyə çağırıb.

Doğru.az xəbər verir ki, Bessent bu fikirləri Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis, Böyük Britaniyanın maliyyə kansleri Reyçel Rivz və Kanadanın maliyyə naziri Fransua-Filip Şampan ilə görüşləri zamanı səsləndirib.

Nazir, həmçinin Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl ilə danışıqlar zamanı bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Avropadan G7 ölkələrinin Rusiyaya təzyiqlərini daha da artırmasını gözləyir.

Qeyd edək ki, daha əvvəl Skott Bessent ABŞ-ın Yaponiyadan Rusiya neftindən tam imtina edəcəyini gözlədiyini də bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki