Amerikaya məxsus pilotsuz uçuş aparatı Qara dəniz və Rumıniya ərazisi üzərində kəşfiyyat uçuşu həyata keçirir.
Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
ABŞ-ın kəşfiyyat pilotsuz təyyarəsi RQ-4B Global Hawk (FORTE11) əvvəlcə Qara dənizin neytral hava məkanında yerləşib, sonra isə Rumıniya ərazisi üzərində, Fetesti şəhərindən Botoşaniyə uçmağa başlayıb.
Qeyd olunur ki, pilotsuz təyyarə bir neçə saat əvvəl İtaliyanın Siciliya adasında yerləşən NATO dəniz aviasiyasının Siqonella aerodromundan havaya qalxıb.
Mənbə: Haber Global