image-n1karobka_ads
image-123
image-691f17a002e8bd665d3bf130backend

ABŞ professoru: Tramp Ukraynaya qarşı sərt davranmaqda ittiham oluna bilər

image-ad_qayo_720x110px

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen ABŞ prezidenti Donald Trampın Ukraynaya qarşı sərt tələblər irəli sürməkdə ittiham oluna biləcəyini bildirib.

Doğru.az xəbər verir ki, professor bu fikri sosial media hesabında paylaşdığı açıqlamada səsləndirib.

Dizen qeyd edib: “Tramp tezliklə Ukraynaya qarşı sərt tələblər irəli sürməkdə ittiham olunacaq. Günahı Trampda deyil, 2014-cü il çevrilişini, davamlı eskalasiyanı və sülh sazişlərinin sabotajını dəstəkləyən insanlarda axtarın.”

Professor həmçinin vəziyyətin daha da pisləşəcəyini və bunun faciə ilə nəticələnə biləcəyini proqnozlaşdırıb.

Bundan əvvəl məlumat verilmişdi ki, Donald Tramp Vaşinqtonun hazırladığı münaqişənin həlli planını Ukrayna Prezidenti Vladimir Zelenskiyə təqdim etmək üçün ABŞ ordusunun katibi Daniel Driskolu Kiyevə göndərib.

“The Wall Street Journal” da Trampın Ukrayna münaqişəsinin həlli üçün ABŞ tərəfindən hazırlanan planı təsdiqlədiyini yazıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki