image-n1karobka_ads
image-123
image-upload-14-dsc_3000-pic905-895x505-27478backend

ABŞ Rusiyanın Ukrayna hava hücumundan müdafiəsinə qarşı istifadə etdiyi silahların adını açıqlayıb

Rusiya Aerokosmik Qüvvələri Ukrayna qoşunlarının hava hücumundan müdafiə sistemlərinə qarşı diversiya manevrləri həyata keçirmək üçün müasir Su-30SM qırıcı təyyarələrindən istifadə edir.

Bu barədə hərbi müşahidəçi Maya Karlin “The National Interest”də dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Su-30SM pilotları Ukraynanın hava hücumundan müdafiə sistemlərinin diqqətini çəkir və səmaya yüksək uçmağa qadir olan bombardmançılar bombardman missiyalarını yerinə yetirirlər.

Karlin əlavə edib ki, maksimal uçuş sürəti Mach 2.0-a çata bilən Su-30SM Rusiya hərbçiləri tərəfindən Ukraynada patrul və döyüş əməliyyatları üçün Su-35 təyyarələri ilə tandemdə istifadə olunur.

Rusiya Aerokosmik Qüvvələri bu seriyanın yeni Su-30SM qırıcılarının ilk partiyasını 2022-ci ildə alıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki