ABŞ Ukrayna münaqişəsinin mümkün qədər tez həll olunmasına çalışır.
Doğru.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. RİA Novosti onun sözlərini sitat gətirib.
“İstəyirəm ki, bu, mümkün qədər tez bitsin”, – deyə Rubio bildirib.
ABŞ dövlət katibi Ukrayna münaqişəsinin 2025-ci ilin sonuna qədər həll olunacağına ümid etdiyini də vurğulayıb. Onun sözlərinə görə, münaqişənin yalnız sülh yolu ilə həlli mümkündür.
Bununla yanaşı, Rubio qeyd edib ki, münaqişə ilə bağlı ən çətin məsələlər hələ də açıq qalır. O əlavə edib ki, Ukrayna ilə bağlı yekun qərarları ABŞ verməməlidir.
DOĞRU.AZ




























