Ağ Evin mətbuat katibi Karolin Levittin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukraynada nizamlanma üçün yeni plan üzərində işləyirlər.
Doğru.az xəbər verir ki, Levittin sözlərinə görə, xüsusi elçi və Rubio təxminən bir aydır səssizcə planı hazırlayırlar.
“The Washington Post” yazır ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın təklif etdiyi sülh planı ilə razılaşmaq istəmir. Reuters agentliyi isə bildirir ki, Avropa da planı dəstəkləmir.
DOĞRU.AZ




























